Moskvada azərbaycanlının etdiyi zarafat polisi AYAĞA QALDIRDI – VİDEO



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Moskvada azərbaycanlı bloger Hüseyn Həsənovun “bank
soyğunçuluğu” paytaxt polisini ayağa qaldırıb
.

Publika.az “5-tv.ru” saytına istinadən xəbər
verir ki, Həsənovun zarafat kimi hazırlayaraq yaydığı video polis
tərəfindən ciddi qəbul edilib.

Xəbərə görə, o, bankda oğurluq edəcəyi barədə zarafatyana video
çəkərək görüntüləri 4,5 milyon izləyicisi olan instaqram
səhifəsində yayımlayıb. Videoda üzündə maska və əlində silah olan
cavan oğlan bankı qarət etməyə hazırlaşdığını bildirirdi.

Nəticədə, blogerin mənzilinə 8 polis basqın edib. Polis mənzildə
heç nə aşkar etməsə də, Həsənov və dostu polis bölməsinə aparılaraq
dindirilib.

Yalan məlumat yarmaqda ittiham olunan dostlar barəsində cinayət
işi qaldırılıb.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp