Kriptovalyuta bazarı bahalaşır – Bitkoin 11 min dolları keçdi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti
artırmaqda davam edir. Belə ki, son iki gün ərzində bitkoin yanvar
ayından ilk dəfə olaraq 11 min dollar həddini keçib.
Trend-in “CoinMarketCap” portalına istinadən məlumatına görə,
bitkoinin qiyməti 8,9% bahalaşaraq 11,601 min dollar təşkil
edib.
Alternativ kriptovalyutalar – “Ethereum” 2,1% və ya 952,02
dollaradək, “Ripple” 1,35% (1,15 dollara qədər), “Bitcoin Cash” isə
2,5% (1,545 min dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 512,21 milyard
dollar təşkil edir. Bu göstəricinin 38%-i bitkoinin payına
düşür.