İlham Əliyevdən I qrup əlillərlə bağlı sərəncam



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Prezident İlham Əliyev Əlillik ümumi xəstəlik, hərbi
xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi
əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də
qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə
görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, əlillik ümumi xəstəlik, hərbi xidmət
dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi
əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də
qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə
görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz
artırılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair
təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay
müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin; sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama
uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat
verməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp