İcra Hakimiyyətindən Bayılda uçan evlə bağlı açıqlama



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bayıl qəsəbəsinin Elşən İsmayılov küçəsindəki 102 A
ünvanında yerləşən fərdi yaşayış evi uçub.

Evin daimi sakinlərindən olan Hicran Xəlilova bildirib ki, uçan
ev Zəngilan rayonundan olan məcburi köçkün ailələrinə
məxsusdur.

Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil
Kərimov Publika.aza açıqlamasında deyib ki, həmin
evin Bayıldakı sürüşmə sahəsi ilə heç bir əlaqəsi yoxdur:

“Uçqun baş verən ev 20-ci sahədə yerləşir. Bu barədə İcra
Hakimiyyətinə məlumat verilib, təsərrüfat şöbəsi ərazidə olub baxış
keçirib. Həmin ev qeyri-qanuni tikilidir. Ümumiyyətlə, evin İcra
Hakimiyyətində heç bir qediyyatı yoxdur. Ötən gün İcra Başçısının
sürüşmə sahəsindəki sakinlərlə görüşündən sonra evində problemləri
olanların mətbuata müraciətləri artır. Düzdür, onların hamısı
araşdırılır. Ancaq onların əksəriyyəti əsassız və qeyri-qanuni
tikililər olur”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp