hər bir şəxsə 300 dollar PUL BAĞIŞLANACAQ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sinqapur hökuməti maraqlı və təəccüblü bir addım
atıb.

Publika.az “Today Online”a istinadən xəbər
verir ki, ölkənin dövlət büdcəsi 9,6 milyard dollar əlavə gəlir
əldə edib. Hökumət artıq qalan pulu vətəndaşlarına bağışlamağa
qərar verib.

Beləliklə, dövlət 21 yaşdan yuxarı vətəndaşlarına 100-300 dollar
məbləğində pul paylayacaq. İllik gəliri 28 000 dollar olan şəxslər
300 (təxminən 500 manat), 28 000-dən 100 000-ə qədər olanlar isə
100 dollar əlavə pul alacaq.

Büdcənin artıq qalan hissəsinin ilin sonunadək paylanacağı və bu
işin dövlətə 700 milyon dollar başa gələcəyi bildirilib.

Sinqapurun maliyyə naziri Henq Svi Keat büdcənin paylanması ilə
bağlı verdiyi açıqlamada “bu addım “Sinqapurun inkişafının barını
sinqapurlularla paylaşacağıq” vədinin bir hissəsidir” sözlərini
işlədib.

Qeyd edək ki, Sinqapur 2011-ci ildə də vətəndaşlarına 100-800
dollar civarında pul bağışlamışdı.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp