“Ford” və “Changan” 560 mindən çox avtomobili geri çağırdı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
“Ford” və Çinin “Changan” şirkəti birgə müəssisələrində
yığılmış 560 mindən çox avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, bu, avtomobillərin əyləc sistemindəki
qüsurlara əlaqələndirilib.
Bildirilir ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal
olunmuş təxminən 370 min “Mondeo” modeli və 2014-2017-ci illərdə
buraxılan 200 min “Edge” modelinə şamil edilib.
Qeyd olunur ki, həmin avtomobillərin əyləc şlanqının
materialları möhkəm deyil və bu, ekstremal şəraitdə təhlükə yarada
bilər.
Şirkətdən bildirilib ki, fevralın 25-də başlayacaq geriçağırma
prosesində bütün qüsurlu hissələr “Changan Ford” birgə
müəssisəsinin hesabına dəyişdiriləcək.