Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edildi
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət
Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında
sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, aşağıdakı şəxslər Dövlət Qulluğunu
İdarəetmə Şurasının üzvləri təyin edilsinlər:
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri
Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin
Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri
Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş
şöbəsinin müdiri
Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri
şöbəsinin müdiri
Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin
müdiri
Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının rektoru.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.