Daha bir ölkə atom texnologiyasına sahib olacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Səudiyyə Ərəbistanı atom texnologiyasını öyrənmək
məqsədilə nüvə stansiyaları inşa edəcək.

Publika.az xəbər verir ki, bu barədə Səudiyyə
Ərəbistanının xarici işlər naziri Adil ibn Əhməd Əl-Cübeyr
deyib.

Nazir bildirib ki, bu mövzuda 10 ölkə ilə danışıqlar
aparılır.

“ABŞ-ın nüvə yanacaq istehsalı mövzusunda digər ölkələrin sahib
olduğu haqların eynisini bizə də tanımasını istəyirik. Neft
potensialımızı qorumaq üçün nüvə sistemimizi qurmaqlıyıq”,-
Əl-Cübeyr qeyd edib.

Səudiyyə Ərəbistanı qarşıdakı 20-25 il ərzində 16 nüvə reaktoru
inşa etməyi və bu məqsədlə 80 milyard dollar sərmayə ayırmağı
planlaşdırır. Rəsmi Riyad bu məsələdə ABŞ-ın dəstəyinin önəmli
olduğuna diqqət çəkir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp