Çörəkbişirmə sexindəki PARTLAYIŞLA bağlı rəsmi açıqlama



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda çörəkbişirmə
sexində partlayış barədə məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun
Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi
70 kv.m olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına
keçən partlayış baş verib.

Nəticədə qapı və pəncərə çərçivələri, habelə tavan və dam
örtüyünün bir hissəsi dağılıb, eləcə də 50 kv.m sahədə yanar
konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyən qəsəbə
sakinləri Natiq Əmrahov, arvadı Elmira və qohumu Qızılgül Əmrahova
yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp