Cennifer geyimi ilə BİHUŞ ETDİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

27 yaşlı aktrisa Cennifer Laurens dərin sinə dekolteli
geyimi ilə bütün dünya mətbuatının maqazin gündəmini zəbt
edib.

Publika.az xarici mətbuata istinadən xəbər
verir ki, bazar günü BAFTA mükafatlarının təqdim olunma
mərasimindən sonra Cennifer Laurens Londonu tərk etməyə tələsməyib.
Çünki ertəsi gün Böyük Britaniyanın paytaxtında onun iştirakı ilə
daha bir mühüm tədbir – baş rolda çəkildiyi “Qırmızı qarğa”
filminin premyerası nəzərdə tutulmuşdu.

Bu filmin premyerası üçün aktrisa “Christian Dior”dan arxası
açıq və dərin sinə dekolteli qızılı paltar seçib. Bundan əlavə
zərif və uzun sırğalar, eyni zamanda iri qaşlı üzük və buruq tellər
obrazın əsas tamamlayıcı olub.

Aktrisanın qüsursuz geyimi, makiyaj və saç düzümü bütün dünya
mətbuatında böyük maraqla qarşılanıb. Onun seksual obrazı
pərəstişkarları və moda mütəxəssisləri tərəfindən yüksək
qiymətləndirilib.

Filmin qalasından sonra aktrisa dəbdəbəli libasını qırmızı sadə
don və açıq qəhvəyi palto ilə əvəz edib.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp