Cavid Qurbanov: Orta Asiya ölkələri BTQ dəmir yolu layihəsinə böyük maraq göstərir



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Avstriyanın Vyana şəhərində “Azərbaycan Dəmir Yolları”
QSC-nin sədri Cavid Qurbanovla “Avstriya Dəmir Yolları” Səhmdar
Cəmiyyətinin baş direktoru Andreas Mathe arasında görüş
kecirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə,
görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə yüklərin Cindən
Avropya və əks istiqamətə daşınma imkanları müzakirə olunub.

C.Qurbanov çıxış edərək, Beynəlxalq Transxəzər Nəqliyyat
Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və
xüsusilə də keçən ilin oktyabr ayında açılış mərasimi olan
Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə də ətraflı məlumat
verib. Bildirib ki, bu dəmir yolu Asiyanı Avropa ilə birləşdirəcək.
Azərbaycan Prezidenti İlham Əliyev BTQ-nin açılış mərasımındə
bildirib ki, bu dəmir yolu üç ölkəni və qitələri birləşdirir. Bu
layihəyə qoşulmaq marağı, ilk növbədə, Türkmənistan, Qazaxıstan,
Əfqanıstan, Pakistan, Çin və Hindistandan gəlib. Orta Asiya
ölkələri bu layihəyə böyük maraq göstərir. Bakı-Tbilisi-Qars yeni
dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu
şəbəkələrinin birləşdirilməsinə, yük və sərnişinlərin birbaşa
Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, Avropa və
Asiyaya çıxarılmasına, region ölkələrinin tranzit potensialının
artmasına xidmət edir.

“Avstriya Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş direktoru
Andreas Mathe çıxış edərək Azərbaycanın nəqliyyat-logistik
imkanlarının genişlənməsini, 2017-ci il oktyabrın 30-da
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsini və digər
beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində
Azərbaycanda görülən işləri yüksək qiymətləndirib.

İkitərəfli əməkdaşlıq əlaqələrinin bundan sonra daha da
genişləndirilməsi qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp