Bu ölkədə sünnətə qadağa qoyulacaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İslandiya hökuməti sünnəti qadağan etməyə
hazırlaşır.

Sputnik Azərbaycan “The Guardian”a istinadən xəbər verir ki,
əgər qanun qəbul olunsa, İslandiya kişilərə sünnəti qadağan edən
ilk Avropa ölkəsi olacaq.

Hökumətin parlamentə təqdim etdiyi qanun layihəsində, sünnətin
uşaq haqlarını kobud şəkildə pozduğu qeyd olunur.

“Tibbi səbəblər istisna olmaqla, sünnətin qadağan olunması üçün
məclisə təklif göndərdik. Bizim üçün dini qaydalar əsas deyil,
uşaqların haqları daha üstündür” – hökumətdən bildirilib.

Əgər təklif parlamentdən keçsə, qanunu pozanları 6 ilədək həbs
gözləyir.

İslandiya hökumətinin qərarına ölkədə yaşayan müsəlmanlar və
yəhudilər etiraz ediblər.

“Onda belə çıxır ki, İslandiya dövləti öz ərazisində bizləri
görmək istəmir. Çünki sünnət yəhudilik üçün vazkeçilməzdir” –
yəhudi icması açıqlama yayıb.

Qeyd edək ki, 336 min nəfər əhalisi olan İslandiyada 1500-ə
yaxın müsəlman, 250 yəhudi vətəndaş yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp