Bu günə olan hava proqnozu



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi, gecə yarımadanın bəzi yerlərində çiskinli olacağı
gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə
əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a verilən xəbərə
görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz
6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80,
gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz
keçəcəyi, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında
yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq
küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək
isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta,
gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp