Bakıda söyüş üstündə qanlı dava



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sabunçu qəsəbəsində Yavər Rüstəmov şəxsi münasibətlər
zəminində Namiq Cavadovu bıçaqlayıb.

Publika.az xəbər verir ki, yaralı xəstəxanaya
yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cinayəti törədən Yavər Rüstəmov saxlanılıb. Məlum olub ki,
hadisə söyüş üstündə baş verib. Namiq Cavadov Yavər Rüstəmovun
ünvanına nalayiq ifadələr işlədib. Bundan əsəbiləşən Yavər Rüstəmov
bıçağa əl atıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa
ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp