Bakıda İNANILMAZ HADİSƏ: Prokuror oğlu evi kirayə götürdü, sonra isə…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bakı sakini Mehriban Rəhmənova evini kirayə verdiyi şəxs
tərəfindən aldadılıb.

Mehriban xanım deyib ki, kirayənişini evdəki bütün əşyalarını
satıb.

Özünü vəzifəli şəxsin qohumu kimi təqdim edən Yalçın adlı şəxsə
güvənib evini kirayə verən M.Rəhmənovanın sözlərinə görə, o, evdəki
bütün əşyaları satıb, boş evdə bomj kimi yaşayıb:

“İnternet saytlarına mənzilimi kirayə verməyimlə bağlı elan
yerləşdirdim. 2017-ci il 23 dekabr tarixində mənzilimi 1979-cu il
təvəllüdlü Yalçın Rəşid oğlu Həsənova kirayəyə verdim. O, özünü
keçmişdə Ali Məhkəmə və Azərbaycan Respublikası Ədliyyə
Nazirliyində çalışan Südabə Həsənovanın qardaşı oğlu kimi təqdim
etdi. Bununla da mənim etimadımı qazandı.

Mən fikirləşdim ki, ölkədə belə yüksək və etibarlı hüquq
sahəsində çalışan şəxsin qohumu da etibarlı biri olmalıdır. Əks
təqdirdə, belə insanlar yüksək vəzifələrdə çalışmazdılar. Buna görə
də, mən mənzilimi sonradan cinayətkar çıxan şəxsə verdim.

Yalçın Həsənov məni əmin etdi ki, mənzilimdə həyat yoldaşı ilə
uzun müddət yaşayacaq, mən də evimi ona kirayə verdim. Onun
sözlərinə əsasən, iki övladı anası ilə yaşayır və yalnız
həftəsonları mənzilə gələcəklər.

Sonra isə biz müqavilə bağladıq, o şəxsiyyət vəsiqəsini təqdim
etdi, mən isə ona mənzilin açarını verdim. Bir neçə ay ərzində mən
Votsap vasitəsilə onun xanımı Fira ilə əlaqə saxladım. Mənzil
pulunu bir neçə ay vermədilər, telefonlarımı açmırdılar, daha sonra
isə mənim nömrəmi qara siyahıya əlavə etdilər.

2018-ci il 25 yanvar tarixində mən bir neçə şahid ilə mənzilimə
daxil olub ev əşyalarımın oğurlandığını gördüm. Polisə müraciət
etdim. İki gün sonra onu, yəni Yalçın Həsənovu mənim mənzilimdə
həbs etdilər. O, son günədək heç nə olmamış kimi mənzildə yaşamağa
davam edib bomj kimi döşəmədə yatırmış, çünki evdəki bütün əşyaları
satıb”.

Ev sahibəsi əlavə edib ki, Y. Həsənovun əvvəllər vəzifədə olmuş
atası dəymiş ziyanı ödəyəcəyini vəd etsə də, sonda heç nə əldə edə
bilməyib: “Onu həbs etdikdən sonra 19 nömrəli Polis bölməsinə onun
atası Rəşid Həsənov gəldi. Atası əvvəllər Bakı şəhərinin prokuroru
olub. Onun oğlunu həmin gün azad etdilər, atası söz verdi ki,
mənzildən satdığı bütün əşyaları 3 gün ərzində geri qaytaracaq.
Lakin heç kim heç nə qaytarmadı. Mənə 7500 manat dəyərində zərər
vurublar. Hazırda ona 177.2.4 maddəsi ilə cinayət işi açılıb, ancaq
onu hələ ki tapa bilmirlər.

Lakin o məhkəməyə cəlb edilsə belə, onun cəzasının ədalətli
olacağı sual altındadır. Məlumdur ki, Yalçın Həsənov əvvəllər
narkotik ticarətinə görə məhkum edilib. Uzun müddətdir, o, bu cür
sxem əsasında işləyir və hər dəfə də işdən alnı açıq, üzü ağ çıxır.
Belə cinayətkarlar öz yüksək rütbəli qohumlarının adları altında
gizlənərək, öz qara işlərini görürlər”.

Mehriban Rəhmənovanın fırıldaqçılıqda ittiham etdiyi Rəşid
Həsənov həqiqətən də vaxtı ilə Konstitusiya Məhkəməsinin hakimi
olan Südabə Həsənovanın qardaşı oğlu, Əzizbəyov rayonunun keçmiş
prokuroru Rəşid Həsənovun oğludur.

2009-cu il 17 aprel tarixli hökmü ilə xalq artisti İlhamə
Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru
Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı və daha 11 nəfərlə birgə
narkotik istifadəsi və satışısına görə həbs edilən Rəşid Həsənov,
2011-ci ildə əfv sərəncamı əsasında həbsdən azad edilib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
/Minval.info/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp