Azərbaycanda bir neçə dərman istifadədən çıxarılıb



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“2017-ci ildə 150-yə yaxın dərman vasitəsinin əlavə
təsiri barədə Analitik Ekspertiza Mərkəzinə məlumat daxil olub. Bu
ilin yanvar ayında isə artıq 150-dən çox dərmanın əlavə təsiri
barədə məlumat almışıq”.

Publika.az-ın məlumatına görə, bu sözləri
Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza
Mərkəzinin formokonəzarət üzrə eksperti Elmin Quliyev jurnalistlərə
açıqlamasında deyib.

E.Quliyev bildirib ki, bu il daxil olan müraciətlər yeni
istifadə edilən dərmanlarla bağlıdır:

“Onlar arasında QİÇS xəstəliyində istifadə edilən dərmanların
əlavə təsirlərindən müraciətlər də var. Dərman vasitələrinin
əks-təsirlərindən müraciətlər həm də, həkim və xəstələrin bu
məsələyə nə qədər ciddi yanaşması və məlumatlı olması ilə
bağlıdır”.

E.Quliyev dərman vasitələrinin içlik vərəqlərində yazılandan
əlavə təsirlərinin olması hallarını da istisna etmədiyini
deyib:

“Dərman vasitələri istifadəyə veriləndən sonra da əlavə təsirlər
ola bilər. Ümumiyyətlə, dərmanın gözlənilən və gözlənilməyən əlavə
təsirləri olur. Həmin dərman vasitələri barədə bizə daxil olan
müraciətlər araşdırılır. Bu səbəbdən bir sıra dərmanlar istifadədən
çıxarılıb. Bu müraciətlər əsasında “Bioparoks” dərman vasitəsi
istifadədən uzaqlaşdırılıb. “Sonafaks” dərman vasitəsi də Avropa,
ABŞ-da qadağan edilmişdi. Bizdə də həmin dərman vasitəsi qadağan
olundu. Lakin Belarus və Azərbaycandan başqa bütün MBD ölkələrində
bu dərman istifadədədir. Ümumiyyətlə, Azərbaycana dərman vasitələri
Avropa, Rusiya, MBD ölkələri, Türkiyədən idxal edilir. Bu
dərmanların hamısının keyfiyyətinə təminat verilir”.

Gülxar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp