Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin
mandatına uyğun olaraq, fevral 21-də Azərbaycan və Ermənistan
dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin
keçirilməsi planlaşdırılır.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən
məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan
sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri
Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra
köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçirəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp