Atəşkəs 124 dəfə pozulub



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 124 dəfə
pozub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə,
Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax
rayonunun Kəmərli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız
yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və
adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli,
Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə
yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun
Nəmirli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı,
Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı
Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı
Seyidəhmədli, Qorqan, Kürdlər və Cəbrayıl rayonunun Nüzgar kəndləri
yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və
Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp