Ankaranı qəzəbləndirəcək BƏYANAT: “İşğal…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İraqın Rusiyadakı səfiri Heydər Hadi Ankaranı
qəzəbləndirəcək bəyanatla çıxış edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, diplomat Türkiyənin İraq torpaqlarındakı hərbi varlığını
“işğal” olaraq gördüklərini söyləyib.

“İraqdakı türk hərbi varlığını işğal olaraq görürük, bu mövzuda
etiraz notası da göndərdik. Ərəb Birliyinə üzv ölkələr də
göndərdiyimiz notanı dəstəklədi”, – səfir deyib.

İraqlı diplomat həmçinin, ölkəsində ABŞ, Kanada və Rusiyadan
olan hərbi məsləhətçilər və mütəxəssislərin olduğunu bildirib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp