Ankarada Xocalı soyqırımına həsr olunan toplantı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın Ankaradakı səfirliyi və Yeni Dünya Vəqfi
Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anma mərasimi keçirib.
Tədbirdə Türkiyə və Azərbaycan parlamentlərinin üzvləri, elm
adamları, diaspora fəalları, qeyri-hökumət təşkilatlarının
rəhbərləri, Ankarada təhsil alan xarici tələbələr iştirak
ediblər.

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət!”
beynəlxalq məlumatlandırma kampaniyasına müxtəlif ölkələrdən
gənclərin dəstəyini əks etdirən film nümayiş olunub. Tədbirdə
Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Soyqırımı
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra
Xocalı soyqırımının dəhşətlərini əks etdirən film göstərilib.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə Böyük
Millət Məclisinin üzvü İsrafil Kışla və başqaları 26 il əvvəl
Xocalıda törədilmiş qanlı cinayətə beynəlxalq birliyin biganə
qaldığını, Türkiyənin hər zaman olduğunu kimi, Xocalı soyqırımı
günlərində də Azərbaycanın yanında olduğunu vurğulayıblar.

Toplantıda Ankara Universitetinin müəllimi Cavid Abdullazadə 26
il əvvəl Xocalıda baş verənlərin soyqırımı olduğunu tarixi faktlar
və beynəlxalq hüquq prinsipləri ilə əsaslandırıb. Azərbaycan Milli
Məclisinin deputatı Elman Məmmədov bildirib ki, Xocalıda baş
verənlər bəşəriyyətə qarşı törədilmiş cinayətdir, bu cür
hadisələrin bir daha təkrarlanmaması üçün soyqırımı törədənlər
mütləq cəzalandırılmalıdır. (Azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp