Əsədin ordusu AFRİNƏ GİRDİ – Türkiyə ilə Suriya arasında dəhşətli MÜHARİBƏ BAŞLANIR



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Hələbdən yola çıxan Suriya hökumətinə bağlı qüvvələr
Afrinə girməyə başlayıb.

Publika.az xəbər verir ki, bu haqda “Röyters”
agentliyi Livanın “Hizbullah” təşkilatına yaxın media orqanlarına
istinadən məlumat yayıb.

Qeyd edək ki, “Röyters” agentliyi dünənki xəbərində hökumətə
yaxın güclərin axşam saatlarında Afrinə girəcəyini bildirmişdi.

Afrində Azad Suriya Ordusu ilə birlikdə “Zeytun budağı”
əməliyyatı həyata keçirən Türkiyənin bu xəbərə reaksiyası olduqca
sərt oldu.

Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirdi ki,
Bəşər Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girərsə, Türkiyəni
kimsə dayandıra bilməz.

“Rejim qüvvələri YPG-ni təmizləmək üçün girərsə, bir problem
yoxdur. Əgər YPG-ni qorumaq üçün girərsə, o halda türk əsgərini
kimsə dayandıra bilməz. Bu, Afrin üçün də, Münbiç üçün də, Fəratın
şərqi üçün də etibarlıdır”, – nazir bildirib.

Ardınca Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə Ankarada
keçirilən mətbuat konfransında rejim qüvvələrinin Afrinə daxil
olacağı barədə xəbərlərin əsassız olduğunu söylədi. Və xəbərdarlıq
etdi ki, Suriya PYD/YPG terrorçularını qorumaq üçün Afrinə qoşun
yeritsə, bu, fəlakətə səbəb olacaq, həmçinin Suriyanın
parçalanmasına gətirib çıxaracaq.

Axşam saatlarında isə mövzu ali səviyyədə müzakirə edildi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir
Putin arasında dünən baş tutan telefon tanışıqlarının Ankara Moskva
üzərindən Dəməşqə növbəti dəfə xəbərdarlıq etdi.

Türkiyə KİV-i xəbər verir ki, Rusiya lideri Ərdoğana Afrin
mövzusunda təminat verib. Ərdoğanın Suriya qüvvələrinin Afrinə
daxil olmasının ağır nəticələrinin olacağını bildirməsindən sonra,
Putin “belə bir şey olmayacaq” şəklində cavab verib.

Bu gün isə Mövlud Çavuşoğlu Suriya rəhbərliyinə aid qüvvələrin
Afrinə daxil olmadığını və rejimin Afrinlə bağlı dilemma qarşısında
olduğunu söyləyib.

Ekspertlərə görə, Suriya ordusuna məxsus qüvvələrin qüvvələrin
Afrinə girməsi Türkiyə ordusu ilə birbaşa qarşıdurmalara gətirib
çıxara bilər.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp