Əl, ayaq və digər orqanlarda ŞİŞKİNLİYİN 8 TƏHLÜKƏLİ SƏBƏBİ



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İllərdir ki, istifadə etdiyiniz üzük barmağınıza olmur,
ayaqlarınız da şişdiyi üçün ayaqqabılarınız sıxmağa başlayıb? Bu
cür şişlər orqanizmdə mayenin toplanması nəticəsində
yaranır.

Publika.az oxucuları bədəndəki şişlərin yaranma
səbəbləri və ondan xilas yolları ilə tanış edib.

Duz

Gündəlik tövsiyə edilən duz norması 5 qram və ya 1 çay
qaşığıdır. Əgər lazım olan miqdardan çox duz qəbul etsək, onda
orqanizmdə maye toplnamağa başlaya bilər.

Nə etməli? Əlbəttə ki, duzdan istifadəni məhdudlaşdırmalıyıq.
Əgər yemək şirin gəlirsə, ədviyyatlardan istifadə edin.

Allergiya

Əgər şişkinliklə qızartı və qaşınma müşayiət olunursa, onda
bütün günah allergiyadadır.

Nə etməli? Əgər şiş sürətlə üz, boyun və digər orqanlara da
yayılırsa, təcili tibbi yardım lazımdır. Antihistamin preparatlar
kiçik şişkinliyin öhdəsindən gələ bilər.

Hormonal

Hormonal dəyişiklik orqanizmdə maye toplanmasının digər
səbəbidir. Əgər şiş sizin qarnınızda müşahidə olunursa, ayaqlarınız
da şişibsə, üstəlik qəfildən kökəlmisinizsə, onda çox güman ki,
bunun səbəbi hormonal dəyişikliklərdir.

Nə etməli? Pəhriz saxlayın, zülallarla zəngin, həmçinin şirin,
acı və duzlu qidaların sayını azaldın. Müalicə üçün endokrinoloq və
ya ginekoloqa gedin.

Böyrək xəstəlikləri

Səhərlər üzdə görünən şişlər əsasən böyrəklərlə ilə bağlı
problemlərdən xəbər verir. Bununla paralel olaraq bel ağrıyır və
rəng sidik dəyişir.

Nə etməli? Pəhrizə riayət edin, arxası üstə yatın. Çünki üzüstə
yatmaq ödəmlərin yaranmasına gətirib çıxara bilər. Nefroloqa
gedin.

Ürək xəstəlikləri

Qarın və ayaqlarda şişkinlik döş ağrısı ilə, yorğunluq və
təngnəfəsliklə müşayiət olunursa, bu, ürək xəstəliklərinin
əlamətləridir.

Nə etməli? Bu şişləri müstəqil şəkildə müalicə etmək olmaz,
kardioloqa müraciət edin.

Dərman preparatları

Ağrıkəsici, qızdırmasalıcı və s. bəzi növ dərmanların qəbulu
nəticəsində şişlər meydana gəlir.

Nə etməli? Əgər dərman şişlər yaradırsa, həkimlə məsləhətləşin.
Ola bilsin ki, onu belə kənar effektlər verməyən dərmanla əvəz
etmək olar.

Həyat tərzi

Günün çox hissəsini ayaq üstə və ya oturaraq keçirməyə məcbur
olan insanlarda da ayaq şişləri müşahidə olunur.

Nə etməli? Oturaq işdə çalışanlara mütəmadi fasilələr etmək
tövsiyə olunur ki, ayaqlarda qan dövranı yaxşı işləsin. Və ayağı
ayağın üstünə qoymaq vərdişini tərgidin. Əgər gün ərzində siz çox
durursunuzsa, oturmaq imkanından istifadə edin, masaj edin, rahat
ayaqqabılar və varikoz corablar geyinin.

Gündə ən azı 1,2 litr maye qəbul edin, qəhvə, spirtli içkilər və
qazlı içkilərdən uzaq durun.

Məlumat üçün onu da bildirək ki, şişlər hətta sağlam insanlarda
da isti hava şəraiti nəticəsində, narahat ayaqqabı, böyük miqdarda
su qəbulu və duzlu yeməkdən sonra da ortaya çıxır.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp