Ziya Bünyadovun qatili HƏBSXANADA DANIŞDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Musavat.com-un əməkdaşı Akademik Ziya Bünyadovun
qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş
Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb
müsahibə alıb.

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki,
həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan
kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə
saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov
da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu
gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl
törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.

Nizami Nağıyev ile ilgili görsel sonucu

Nizami Nağıyevin atası, vaxtilə Abşeron Rayon İcra
Hakimiyyətinin başçısı olmuş Adil Nağıyevin iki həftə öncə “Yeni
Müsavat”a müsahibəsində açıqladığı və geniş rezonans doğuran
məlumatlardan sonra Penitensiar Xidmətə məktubla müraciət etdik.
Xahiş etdik ki, Ziya Bünyadovun qətlində adı keçən Nizami Nağıyevlə
görüşümüzə şərait yaradılsın.

Müraciətimiz nəzərə alındı və birbaşa qədim insan məskəni –
Qobustana yollandıq. Qobustan Qapalı Həbsxanası Qobustan Qoruğunun
bir kənarındadır. Qoruqdakı iri daş-qayaları həbsxana həyətindən də
seyr etmək olur. Bir neçə mühafizə zolağı ilə əhatələnən həbsxana
ərazisindəki insanların üzü də sanki daşlaşıb, ətrafdakı qayaların
bir parçasına dönüb. Nəzarətçilər suallara cavab verirlər,
mimikaları dəyişmir. Sanki hisslərini büruzə vermək də yasaqdır.
Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan oyanmaq
da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da
və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı yoxdur.

Öncə onu qeyd edim, gününün böyük hissəsini könüllü
şəkildə, nəzarətçi olaraq bu həbsxanada keçirmək də çox çətin
işdir. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək
olmaz…

Elshan Memmedeliyev ziyanın qatili.jpg (121 KB)

(“Yeni Müsavat”ın müxbiri Elşən Məmmədəliyev Nizami
Nağıyevin saxlanıldığı Qobustan Qapalı Həbsxanasında)

Həbsxananın giriş qapısındakı dəmir barmaqlıqlardan düzəldilmiş
məhəccərin içindəki dəmir turniketdən keçdim. Ardından yaxasındakı
döş nişanından “usta” sözü asılmış zabit “əllər yuxarı” əmri verdi.
Təpədən dırnağa qədər üst-başımı yoxladı, əlimdəki siqaret blokunu
götürüb o tərəf, bu tərəfinə baxdı. Bağlamanın tamlığına xüsusi
diqqət edib dəmir məhəccərin əks tərəfindəki əsgərə “qapını aç”
əmrini verdi. Ağır dəmir qapı cırıldayıb açıldı. Həmin qapıya
çatınca bir dəmir məhəccərli qapını da keçməli olduq.

Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış
çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir.
Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli
qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın
əynindəki nimdaş gödəkçənin qolları arasından qandal parıldayır…
Bayaqdan yanımda addımlayan, əli ilə hərəkət istiqamətini göstərib
kəlmə də kəsməyən nəzarətçi bir otağı nişan verir. Əsgərlər dustağı
gətirib yanımdakı zabitə təqdim edir, qollarındakı qandalı açırlar.
Əlləri ilə qollarındakı qandalın vurulduğu yeri ovuşduran orta
yaşlı arestant zabitə müraciətlə “ömürlük məhbus Nağıyev Nizami
Adil oğlu” sözlərini deyir və bu zaman anlayıram ki, müsahibim
qarşımdadır.

Ermənistandan Ramana sovxozuna uzanan
yol…

Nizami Nağıyevin 5 yaşı olanda, 1969-cu ildə ailəsi Ermənistanın
Vedi rayonunun Qaralar kəndindən Bakının Sabunçu rayonu, Ramana
qəsəbəsinə köç edib. Ailədə 5 uşaq olublar. 4 qardaş, 1 bacı.
Nizami Nağıyev 4-cüdür. 2 qardaşı və bacısı ondan yaşca
böyükdürlər, sonra da 1 qardaşı var.

Ramanada 8 illik məktəbi bitirib və Montində 2 nömrəli texniki
peşə məktəbində maşinist peşəsinə yiyələnib. Oranı bitirəndən sonra
Böyükşor qəsəbəsindəki sərnişin deposunda çilingər kimi işə
düzəlib. 1982-ci ildə könüllü əsgərliyə getməsi sonradan həyatını
müəyyən edib, Qobustan Qapalı Həbsxanasının qapılarını üzünə
açıb:

O, həyatını belə nəql etdi:

– Atam əsgərliyə getməyimdən çox sonra xəbər tutmuşdu.
Ramanadakı sovxozun direktoru idi, başı çox qarışıq olurdu. Biləndə
ki, əsgərliyə getmişəm, qardaşıma 100 manat vermişdi ki, məni
Moskvaya saldırsın. Qoymadım. Bizi bölüşdürdülər, gedib Kuril
adalarındakı hərbi hissəyə düşdüm. Atama da məktub yazdım ki, 1
yüzlük də versəydin, buradan keçərdim Yaponiyaya…

Həbsxana ile ilgili görsel sonucu

Bizi bu oyuna salan Tariyel Ramazanov 1 il sonra mən olduğum
hərbi hissəyə gəlib çıxdı. 1983-cü il idi, Moskvada fizika üzrə
universitet bitirib gəlmişdi. Onun atası naxçıvanlı, anası
içərişəhərli idi. Ana babası 1918-ci ildə Azərbaycan Demokratik
Respublikası dövründə Bakının qazisi olmuşdu. Əsgərlikdə
dostluğumuz yarandı. İki azərbaycanlı uzaq Kuril adalarında bir
hərbi hissəyə düşmüşdüsə, başqa cür ola da bilməzdi. Mən tərxis
olunub Bakıya qayıdandan sonra o qalıb xidmətini davam etdirdi.
Bakıya qayıdandan az sonra atam məni Leninqrada, gizirlər məktəbinə
oxumağa göndərdi. 6 ay orada oxudum. Bakıya qayıdıb Salyan
kazarmasında tağım komandiri oldum. 1990-cı il 20 yanvar hadisələri
baş verəndə mən xidmətdə idim. Həmin gecə baş verənlərdən sonra
orada xidmət aparan bütün azərbaycanlılar sovet ordusu sıralarını
tərk etdik.

Parnik əkib, qoyun saxlayırdım…

Hərbidən ayrılandan sonra Ramanaya qayıdıb sovxozdan 1 hektar
torpaq götürdüm. Həyətim də böyük idi. Şüşə parnik düzəltmişdim.
Pomidor, xiyar əkir, məhsulu satıb yaxşı gəlir götürürdüm. 100 baş
Qala cinsindən olan qoyunum vardı. Onları saxlamaq üçün çoban
tutmuşdum. Həmin vaxt artıq ailəli idim, 2 övladım vardı. 1985-ci
ildə evlənmişdim. Böyük oğlum 87, qızım 88-ci ildə dünyaya
gəliblər. Kiçik oğlum 94-cü ildəndir. Vasif, Leyla, İsmayıl.

Qətlin təşkilatçısı Elmlər Akademiyasının elmi işçisi
olub!

1991-ci ilin sonu idi. Tariyel kəndə yanıma gəldi. Onunla
əsgərlikdən sonra tez-tez görüşürdük. Tariyel həmin vaxt artıq
Milli Elmlər Akademiyasındakı institutlardan birində işləyirdi,
elmi işçi idi. Boş vaxtlarında o bizə, mən onların evinə gedirdim.
Vaxt olanda da şəhərdə görüşüb bulvara, kinoteatra, çayxanaya
gedirdik. O vaxtlar getməyə yer o qədər də çox deyildi. “Araz”
kinoteatrına, hərdən “Azərbaycan”a gedirdik. Bulvarda gedib
çayxanada otururduq. Olurdu ki, mən onların evinə gedirdim.
Montində, Xuluflu küçəsində yaşayırdı. O vaxt ailəli deyildi.
Tariyel gec evlədi, 1996-cı ildə ailə qurdu. 1991-ci ildə yanıma
gələndə dedi ki, namaz qılıram, sənə də məsləhət görürəm ki, namaz
qılasan.

AMEA ile ilgili görsel sonucu

Onun atası Ramiz Ramazanov Milli Elmlər Akademiyasında fizika
üzrə elmlər namizədi idi. Qardaşı əlil idi. Bacısı da ali təhsilli
idi. Ziyalı ailə idilər.

Nizami Ziya Bünyadovun tərcümə etdiyi Quranı həbsxanada
oxuyub

Tariyel İçərişəhərdə “Məhəmməd” məscidini götürüb təmir etmişdi,
özü də olmuşdu məscidin başçısı. Sonradan bildim ki, o məscidi
götürəndə ora dağınıq vəziyyətdə olub. Dindarlarla götürüb təmir
eləmişdilər. Mən də 1992-ci ildən həmin məscidə getməyə başladım,
namazı öyrəndim. O vaxta kimi içki içirdim, siqaret çəkirdim.
İçkini də, siqareti də atdım, keçdim namaza, Allaha ibadət
etməyə.

ziya bünyadov ile ilgili görsel sonucu

Söhbətin bu yerində stolun üzərindəki siqaret blokunu ona tərəf
uzadıram. Deyir ki, siqaret çəkmir. Yanındakı dustaq yoldaşlarına
verməsini istəyirəm. “Özümə rəva bilmədiyimi, başqasına da rəva
bilmərəm”, deyir. Namaz qılıb-qılmaması ilə maraqlanıram. Təsdiq
cavabından sonra söhbət müqəddəs kitablardan, dinlərdən düşür.
Öyrənirəm ki, həbsə düşəndən sonra Ziya Bünyadovun kimliyi ilə daha
dərindən maraqlanıb, onun tərcümə etdiyi Quran kitabını da oxuyub.
Bu gün də kamerasında həmin kitabın olduğunu deyir. Söhbətimizi
Ziya Bünyadovun qətlinə qədər yaşayışı, dolanışığı barədə fikirləri
ilə davam etdirir:

– Adi həyat yaşayırdım. Maşın, pul, para yox idi. Onlar sonralar
ticarətə girişəndən sonra oldu. 1992-ci ildə namaza başlayandan
sonra elə İçərişəhərdəki “Məhəmməd” məscidində Cavanşirlə tanış
oldum. Məscidə xeyli cavan uşaqlar gəlirdi. O dövrlə İslam dininə
gələnlər, namaza başlayanlar həddən artıq çox idi. Çox vaxt
məsciddə namaz qılmağa yer olmurdu. İndi həmin məscid qoruqdur.
Həbsdə televizorda baxanda görmüşəm. Ora gələn cavan uşaqların bir
hissəsi o dövrdə ayrılıb bir az yuxarıdakı “Cümə” məscidinə
getdilər. Həmin vaxt o məscid də uzun illər idi ki, bağlı idi.
Məscidi açdılar. Azər adında biri vardı, onunla gedən uşaqlar
açmışdılar. Azərin xəbərini bir də bura düşəndən sonra aldım.
Qəzetlərdə oxudum ki, o da nəsə bir iş görüb, Gürcüstana qaçıb. Biz
“Məhəmməd” məscidinə yığışdığımız günlərdə Tariyel özünü məsciddə
lider sayırdı. Hamı onun ətrafına toplaşırdı. Bizlər onun sözünü
əmr bilirdik.

– Həmin günlərdə Qarabağda döyüşlər gedirdi, sizin də
yaşınız döyüşlərə qatılmaq üçün kifayət idi. Döyüşlərə
qatılmışdız?

– Hə. 1992-ci ilin yayı idi. Tariyel məni çağırdı, dedi ki,
OMON-çular İrana təlim keçməyə gedirlər. Bəs mən danışmışam, sən
də, Cavanşir də gedin İranda təlim keçin. Mən ilkin olaraq razılıq
verdim. O vaxt böyük qardaşım Papravənddə döyüşürdü. Artilleriya
batareyasının komandiri idi. Onun yanından əsgər gəlmişdi. Həmin
əsgərə qoşulub qardaşımın yanına getdim. Həmin günlərdə Ağdərə
alınmışdı. Döyüşdən qabaq qardaşım mənə dedi ki, sən evə qayıt,
döyüşdə ölsək, birimiz ölək. Dedi burada qırğın gedəcək, qayıt evə.
Etiraz eləsəm də, məni geri qaytardı. Mən Bakıya gələndə Cavanşir
artıq İranda idi. Bir neçə ay sonra qayıdıb gəldi. Dedi ki, İranda
Azərbaycanın bölgələrindən çox uşaq vardı, Qarabağda döyüşməyə görə
orada təlim keçirdilər. Onun danışıqları məndə maraq
yaratmışdı…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp