Yenə “Qarabağ”, yenə Mədətov
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Topaz Premyer Liqasının 2017/18 mövsümündə 150-ci qol
vurulub.
Publika.az PFL-ə istinadən xəbər verir ki, qol
XVI turun “Səbail” – “Qarabağ” görüşünə təsadüf edib.
Çempionatın 64-cü görüşündə Ağdam klubuna qələbə qazandıran
yeganə qol yubiley xarakteri daşıyıb. Orta məhsuldarlığın 2,34
olduğu Premyer Liqanın 150-ci qolunu da Mahir Mədətov vurub.
Bu 150 qoldan 75-i meydan sahibləri, 75-i isə qonaqların
hesabındadır.
Maraqlıdır ki, mövsümün bütün yubiley qolları “Qarabağ”ın
hesabındadır. Mahir isə 3-cü dəfə əlamətdar qola imza atıb. O, ilk
və 50-ci qolların da müəllifidir. Mədətov 2017-ci il avqustun 11-də
“Neftçi” ilə səfər görüşündə (3:1) ilk, sentyabrın 22-də
“Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolu vurub. 100-cü qolu
isə noyabrın 17-də Riçard Almeyda “Sumqayıt”ın (2:0) qapısından
keçirib.