Türkiyə üçün risklər və Əsədin Ankaraya mesajı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Suriya dövlət televiziyası ölkənin hökumət
güclərinin bir neçə saat içində Afrin bölgəsinə girəcəyini xəbər
verdi. Hökumət güclərinin bu gün axşam saat 18:00 radələrində
Afrinə girməsi gözlənilir. Onların bir həftə ərzində 52, bu gün və
sabah isə 4 nöqtədə yerləşdirilməsi gözlənilir. Dəməşqin şərtinə
görə, PYD terror təşkilatı ağır silahları rejim qüvvələrinə təhvil
verməlidir.

Dəməşqdən xəbərlə bağlı hər hansı şərh verilməsə də, ekspertlərə
görə, rejim qüvvələrinin Afrinə girməsi onların Türkiyə ordusu ilə
qarşı-qarşıya gəlməsinə səbəb ola bilər.

Publika.az xəbər verir ki, Nihat Ali Özcanın
sözlərinə görə, bu informasiya Suriyadakı tarazlıqların necə
dəyişdiyini göstərir.

O qeyd edib ki, Bəşər Əsəd rejiminin bunu Rusiya və İranın
icazəsi olmadan etməsi mümkün deyil:

“Rusiya və İranın bu mövzuda razılaşdığını düşünürəm. Bu
vəziyyət Türkiyənin əməliyyatdakı hərbi hədəflərini məhdudlaşdıra
bilər. Çünki, Türkiyə bu hərəkatın PKK və PYD-yə qarşı olduğunu
söylədi. Yəni, Əsəd rejimi ilə birbaşa qarşıdurmaya getməyi
istəməyəcək. Bu, həmçinin Dəməşqin PYD-ni təhdid olaraq görmədiyini
göstərir. Türkiyə böyük ehtimalla Afrin şəhərini mühasirəyə alacaq.
Hökumət gücləri də şəhər ətrafındakı ərazilərdə olmayacaq. Son
xəbər Türkiyə-ABŞ danışıqlarının PKK-PYD tərəfindən necə şərh
olunduğuna dair də bir ipucu ola bilər”.

Professor Həsən Köni hesab edir ki, burada ən önəmli məsələ
Rusiyanın mövqeyidir.

“Hava sahəsinin açılması və bağlanması məsələsi onların
səlahiyyətindədir. Hava sahəsi çox vacibdir. Bizim əməliyyatımız
“qanuni özünümüdafiə” idi və terror qrupuna qarşı aparılırdı.
Əməliyyat müharibə hüququna daxil deyildi. İndi Suriyanın hökumət
qüvvələri Afrinə girərsə, müharibə hüququ dövriyyəyə girir.
Beynəlxalq hüquq baxımından müharibə vəziyyəti yaranır. Suriya
həqiqətən ora əsgər daxil edərsə, bölgədə müharibəyə girəcəyik.
İkincisi, İranın mövqeyi də vacibdir. İranmeylli qüvvələr Afrinə
girəcəkmi? Bu vacibdir. Daha əvvəl planlaşdırılan İstanbul
konfransı ilə yanaşı, Rusiya-İran-Türkiyə arasında Suriya ilə
danışıqların dərhal keçirilməsi lazımdır. ABŞ dövlət katibinin
Türkiyəyə etdiyi son səfərin də bu vəziyyətdə təsirli ola
biləcəyini düşünürəm”, – o bildirib.

Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar da hesab edir ki,
Dəməşqin bu hərəkətləri Rusiyadan xəbərsiz ola bilməz. O qeyd edib
ki, Bəşər Əsədin tarazlığa necə olacağına və rejim qüvvələrinin
bölgədə nə edəcəyinə diqqət yetirmək vacibdir. Mütəxəssisin
sözlərinə görə, Dəməşq PYD-ni qoruyarsa, riskli bir vəziyyət yarana
bilər.

Ehtiyatda olan general Naim Babüroğlunun fikrincə, bu, PKK-PYD
kartını tamamilə ABŞ-a güzəştə getməmək üçün Rusiyanın atdığı
addımdır. General qeyd edir ki, ABŞ-ın Türkiyə ilə son danışıqları
və buzların əriməsi görüntüsü Rusiyanın bu istiqamətdə addım
atmasına gətirib çıxar bilər.

“Suriya ordusunun cənubdan Afrinə girməsi Afrin ilə İdlib
arasındakı əlaqəni çətinləşdirir. Bu, Türkiyənin İdlibdəki güclərlə
əlaqəsinin kəsilməsinə gətirib çıxarar. “Zeytun budağı”
əməliyyatına dair planlarımız yenilənə bilər, bəlkə də mahal
mərkəzinə daxil olmağa ehtiyac qalmaya bilər”, – o vurğulayıb.

Professor Həsən Basri Yalçın qeyd edib ki, Rusiya və Türkiyə
arasında Afrinlə bağlı bir razılaşma var idi və Suriya güclərinin
Afrinə daxil olmaqı bu razılaşmanın pozulması anlamına gəlir:
“Həqiqətən, belə bir şey olsa, deməli Türkiyə üçün ox yaydan çıxıb.
Rusiya ilə razılaşma pozularsa, Suriyanın bütün şəklinə yenidən
baxmaq lazımdır”.

Dosent Savaş Biçer isə vurğulayıb ki, Suriya ordusunun Afrinə
girəcəyini düşünmür: “Çünki bura döyüş meydanıdır. Bir razılaşma
təmin edilmədən şəhər mərkəzinə girmək istəyi Türkiyə ilə rejim
gücləri arasında qarşıdurmaya səbəb ola bilər. Bu, arzuolunmaz bir
vəziyyətdir. Amma düşünürəm ki, onlar Tel-Rifata daxil
olacaqlar”.

Ehtiyatda olan general Əhməd Yavuz isə bu fikirdədir ki, bu
hərəkət Əsədin Türkiyə ilə danışmaq istəməsinin göstəricisidir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp