Tbilisidə güclü yanğın – FOTO
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Gürcüstanın paytaxtı Tbilisi şəhərində David
Aqmaşenebeli prospektində yerləşən keçmiş Mixaylov hospitalının
binasında güclü yanğın baş verib.
Yanğın binanın dam örtüyündə başlayıb. Hadisə yerinə 12
yanğınsöndürən maşın cəlb olunub.
Yanğın nəticəsində xəsarət alanların olduğu bildirilir. Yanğının
səbəbi hələ ki, məlum deyil.