sürücü öldü, arvadı və qızı…



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil
su kanalına düşüb, sürücü ölüb, həyat yoldaşı və 6 aylıq qızı
xəsarət alıb.

Bakı-Qazax yolunun Ağdaşın Aşağı Ləki kəndindən keçən hissəsində
Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun
idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, su
kanalına düşüb. Nəticədə sürücü hadisə yerində ölüb, onun həyat
yoldaşı, 1999-cu il təvəllüdlü Hümbətzadə Mənsumə Bəhruz qızı və
qızı, 2017-ci il təvəllüdlü Selcan Hümbətzadə ağır xəsarətlər
aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və
təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp