Sınaq imtahanında yeni test tapşırıqları istifadə ediləcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün yeni
sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən
məlumata görə, sınaq imtahanında iştirak etmək istəyənlər martın
3-ü saat 09:00-dək DİM-in internet
saytında
qeydiyyatdan keçərək imtahana yazıla bilərlər.

Sınaq imtahanı martın 3-də DİM-in Nəsimi rayonu, A. Salamzadə
küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin
binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və 1-ci
növbə imtahanı saat 10:00-da, 2-ci növbə isə saat 14:00-da
başlayacaq.

Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz)
AZN-dir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet
saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir
dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş
xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin
“Şəxsi kabinet”ində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun
pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi
kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş
üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında
verilmişdir) yararlanmaq olar.

Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə
ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp