Seçici siyahıları martın 3-dək tam tərtib olunacaq
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən
iclasında ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair
məsələ müzakirə olunub.
MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Azərbaycanda hər
il mayın sonuna qədər seçici siyahıları hazırlanır.
O bildirib ki, prezident seçkilərinin aprelin 11-nə təyin
edilməsi bu prosesi sürətləndirib: “Seçici siyahıları səsvermə
gününə 35 gün qalmış hazır olmalıdır. Martın 3-nə qədər seçici
siyahıları tərtib və təsdiq edilə bilər”.
MSK sədrinin müavini qeyd edib ki, bu istiqamətdə işlər davam
etdirilir: “Ötən illə müqayisədə seçicilərin sayı 28 344 nəfər
artıb.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə
təyin edilib. (report)