Səbaildə qadın meyiti tapıldı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Səbaildə qadın meyiti tapılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin
saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə
Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail
rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə
qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin
müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan
qadın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp