Rusiya kəşfiyyatı “Quli”ni həbs etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları
Krasnodar vilayətində “qanuni oğru”larla aktiv mübarizə
aparırlar.

Publika.az “Praym Kraym” agentliyinə istinadən
xəbər verir ki, dördüncü “qanuni oğru” – 39 yaşlı Timur Kapba
fevralın 16-da Krasnodarda saxlanılıb.

Kriminal dairələrdə “Quli” kimi məşhur olan ötən ilin
oktyabrında azad edildikdən sonra müəyyən yaşayış yeri olmayan şəxs
kimi Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin
vilayət müşahidə orqanında daimi qeydiyyata alınmalı idi. Ancaq
hüquq mühafizə orqanlarının məlumatına görə, o, saxta sənədlərlə
Avropa və Türkiyəyə gedib-gəlirdi.

“Hazırda Kapba barəsində 15 günlük inzibati həbs qərarı verilib.
Ona yeni cinayət ittihamı təqdim ediləcək. O, dövlət sərhədini
pozmaqda ittiham olunur”, – agentliyin xəbərində deyilir.

Agentliyin məlumatına görə, Krasnodar vilayəti Rusiyada
(Moskvadan başqa –red.)) tək regiondur ki, burada “qanuni
oğru”ların cinayət təqibi ilə yalnız Daxili İşlər Nazirliyi deyil,
həm də Federal Təhlükəsizlik Xidməti məşğul olur. Ötən ildə burada
xüsusi xidmət orqanlarının materialları əsasında üç kriminal
avtoriteti həbs edilib. Onlar 53 yaşlı Georgi Manukyan (Çinka), 44
yaşlı Ara Muradyan (Ara Armavirski) və yerli sakini, kriminal
dairələrdə böyük nüfuza malik olan 67 yaşlı Vladimir Volkovdur
(Volçok). Onlara hədə-qorxu ilə pul tələb etmə, dələduzluq və
cinayətkar qruplaşmaların yaradılması üzrə ittihamlar irəli
sürülüb.

Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp