“Rənanın ev problemi həll ediləcək”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bu gün Goranboy şəhəri Cəlil Məmmədquluzadə küçəsi 29
ünvanında yaşayan fiziki məhdudiyyətli xanımın qəzalı vəziyyətdə
olan evdə yaşaması ilə bağlı xəbərlər yayılıb.

Sosial şəbəkələrdə sürətlə yayılan xəbərdə bildirilir
ki, Rəna adlı xanım həmin evdə tək övladı ilə birlikdə
qalır.

Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə
saxladıq. İcra hakiminin birinci müavini Elçin Cahangirov
Publika.az-a bildirdi ki, artıq məsələ ilə bağlı
zəruri tədbirlər görülür:

“Həmin xanımın evi qəzalı vəziyyətdir. Biz təmir etmək istədik,
amma ev bərpa olunacaq durumda deyil. Buna görə də problemin həll
edilməsi üçün daha fundamental işlər görəcəyik. Hazırda ciddi işlər
görülür. FHN əməkdaşları da evə baxış keçirib. Əmək və Əhalinin
Sosial Müdafiəsi Naziriliyinə də müraciət etmişik ki, o xanıma
yardım göstərilsin. Həmin materialda yazıldığı kimi hansısa laqeyd
münasibətdən söhbət gedə bilməz. Problem qısa müddətdə həll
ediləcək”.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp