“Qoşunlarınızı dərhal çıxarın!” – Moskvadan ABŞ-a TƏLƏB



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Rusiya ABŞ-ı Suriyada odla oynamamağa
çağırır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki,
bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov
“Valday” diskusiya klubunda “Yaxın Şərqdə Rusiya: bütün sahələrdə
oyun” konfransında deyib.

Onun sözlərinə görə, söhbət Suriyanın müstəqilliyi və ərazi
bütövlüyünü saxlamaq ehtiyacından gedirsə, Rusiya bu ölkəni
parçalamaq cəhdlərini sakitcə müşahidə edə bilməz.

“ABŞ-ın Suriya torpaqlarında reallaşdırmağa başladığı planlar
qorxu yaradır. Amerikalı həmkarlarımız bildirir ki, tək hədəf
İŞİD-lə mübarizə və Suriyanın ərazi bütövlüyünün saxlanılmasıdır.
Bu təminatlar konkret işlərlə təsdiq edilməlidir. Mən amerikalı
həmkarlarımızı odla oynamamağa və öz addımlarını yoxlamağa
çağırıram”, – diplomatik idarənin başçısı vurğulayıb.

O qeyd edib ki, ABŞ Suriyada fitnəkar hərəkətlər edir. Lavrovun
sözlərinə görə, Vaşinqton bu hərəkətlərə kürdləri də cəlb edir.
Nazir bildirib ki, sonuncu addım Türkiyə ilə münasibətlərin
gərginləşməsinə gətirib çıxarıb.

Lavrov ABŞ-ın Suriyanın cənubunda yerləşən El-Tanfdan güçlərini
dərhal çıxarmalı olduğunu söyləyib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp