Qış Olimpiya Oyunlarında iştirak edən rus idmançıları yenə dopinqdə “ilişdi”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

2018-ci il Qış Olimpiya Oyunlarında müstəqil şəkildə
təmsil olunan rusiyalı körlinq cütlüyündə dopinq aşkar
edilib.

Publika.az xəbər verir ki, bürünc medal qazanan
Aleksandr Kruşelnitskidə dopinq aşkarlanıb.

Seuldakı Anti-Dopinq Laboratoriyasında aparılan testlərdə
idmançının A və B nümunəsində dopinqdən istifadə etməsi ilə bağlı
müsbət nəticə əldə olunub.

Qeyd edək ki, A.Kruşelnitski həyat yoldaşı Anastasiya Brızqalova
ilə birgə iştirak edir. Onlar dopinq qalmaqalı səbəbilə Qış
Olimpiya Oyunlarından kənarlaşdırılan Rusiyaya körlinq kateqoriyası
üzrə ilk medalı qazandırmışdılar. Lakin bu medal yeni qalmaqal
səbəbilə geri qaytarıla bilər.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp