“Qərb 1990-cı illərdə Rusiyaya söz verdi ki…” – Lavrov ARXİVİ AÇDI



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Qərb söz verdi ki, NATO Şərqə irəliləməyəcək, amma
“soyuq müharibə”dən sonra əldə olunan “dəmir” razılaşmaları
pozdu”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın
Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Serbiyanın BETA
agentliyinə müsahibəsində bildirib.

“Qərb bütün vədlərin əksinə, NATO-nun genişləndirilməsinin
xeyrinə seçim etdi. 1990-cı illərdə ABŞ və Avropa ölkələrinin
rəhbərləri tərəfindən söz verilirdi ki, ittifaq Şərqə
irəliləməyəcək”, – o deyib.

Nazir qeyd edib ki, bu razılaşmalar hansısa müqavilələr və
hüquqi sənədlərdə əksini tapmamışdı. Amma Lavrovun sözlərinə görə,
Amerika arxivlərindən bu yaxınlarda məxfilikdən çıxarılan rəsmi
sənədlər birmənalı göstərir ki, belə təminatlar SSRİ və ABŞ, Moskva
və Berlin, Moskva və Paris arasındakı dialoqlarda verilirdi.

Lavrov bildirib ki, Ukrayna böhranı da məhz ABŞ və NATO-nun
siyasətinin nəticəsidir.

“Ukrayna böhranı Rusiya və Qərb arasındakı indiki münasibətlərin
səbəbi olmadı, o ehtimal ki, Qərbin, hər şeydən əvvəl ABŞ və NATO
ölkələrinin “soyuq müharibə” bitdikdən sonra həyata keçirdiyi
siyasətin nəticəsi oldu. Ukraynada baş verənlər bizim üçün sürpriz
olmadı. Bu, NATO-nun seçdiyi xəttin nəticəsi idi”, – Rusiya xarici
siyasət idarəsinin başçısı söyləyib.

Onun sözlərinə görə, NATO-nun genişləndirilməsi Avropanın
təhlükəsizliyinə zərər verir: “NATO-nun genişləndirilməsi səhvdir
və razılıqların pozulmasıdır. Bu, Avropada sabitlik və
təhlükəsizliyin təminatı üzrə səylərə zərər verir. Hazırda NATO-da
hazırlanan planlar Balkan ölkələri də daxil olmaqla, heç kəsin
təhlükəsizliyini artırmır”.

Lavrov Çernaqoriyanın NATO-ya qəbulunu (2017-ci ilin iyununda
Çernaqoriya NATO-nun rəsmən 29-cu üzvü olub –red.) tamamilə süni və
lazımsız adlandırıb.

O əlavə edib ki, Avropa İttifaqı ultimatumlar irəli sürərək öz
təsirini genişləndirir.

“Mən heyfsilənirəm ki, Avropa İttifaqı öz təsirini ultimatumlar
hesabına genişləndirməyə çalışır. “Şərq əməkdaşlığı” proqramı da bu
məntiqlə həyata keçirilir. Biz Brüssel və başqa Avropa
paytaxtlarında dəfələrlə elan edilmiş konsepsiyaya qayıtmağı üstün
tutardıq. Fransanın keçmiş prezidenti Şarl De Qoll vaxtilə
Atlantikadan Urala qədər vahid Avropa konsepsiyasını irəli sürdu,
amma indi Rusiya artıq Lissabondan Vladivostoka qədər vahid
Avropadan danışır”, – nazir deyib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp