Misir və Azərbaycanın iqtisadiyyat nazirləri görüşəcək



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev
İordaniya və Misirə rəsmi səfər edəcək.

Publika.az xəbər veri ki, fevral ayının
19-20-də Əmmanda Azərbaycanla İordaniya hökumətləri arasında
Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın iclası baş tutacaq.

Daha sonra ayın 21-22-də isə Qahirədə Azərbaycanla Misir
arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə
Müştərək Komissiyanın iclası keçiriləcək.

Hökumətlərarası Komissiyaların iclaslarında Azərbaycan-İordaniya
və Azərbaycan-Misir iqtisadi əməkdaşlığı, komissiyaların sonuncu
iclaslarından ötən dövrdə görülmüş işlər və əlaqələrin
genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində İordaniya və Misir rəsmiləri ilə görüşlərin
keçirilməsi, müzakirələrin aparılması da nəzərdə tutulur.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp