“Libermana sui-qəsddə “erməni izi”nin olması istisna deyil”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“İsrailin müdafiə naziri Avigdor Libermana sui-qəsd
cəhdində erməni izinin olması istisna deyil”.

Publika.az xəbər verir ki, müdafiə nazirinin
sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bunu
barədə yayılan məlumatları şərh edərkən deyib.

Ç. Məmmədov qeyd edib ki, İsrail-Azərbaycan münasibətlərinin,
xüsusilə də hərbi sahədə əməkdaşlığının inkişafı erməni tərəfinin
daim ciddi narahatlığı ilə qarşılanıb.

“Elə bu yaxınlarda Ermənistan parlamentinin nümayəndə heyətinin
İsrailə səfəri zamanı məhz Libermanın Azərbaycanı açıq-aydın
dəstəkləməsi barədə verdiyi bəyanatlar da erməni deputatlarını son
dərəcə məyus edib.

Onu da xüsusi qeyd etmək lazımdır ki, erməni nümayəndə heyətinin
İsrailə nəticəsiz, iflasa uğramış səfərindən dərhal sonra
sui-qəsdin baş verməsi onun hələ səfəröncəsi planlaşdırıldığını
ehtimal etməyə əsas verir.

Ermənistanın kriminal rejimi beynəlxalq terror təşkilatları, o
cümlədən anti-israil qüvvələri ilə sıx və qarşılıqlı əlaqədə
sui-qəsdlər və terror aktlarından məqsədlərinə nail olmaq üçün daim
istifadə edirlər. Bildiyimiz kimi bu üsuldan istifadə hətta bir çox
erməni təşkilatlarının nizamnamələrində də əksini tapıb.

Dünyanın müxtəlif ölkələrində, məsələn Parisdə, Moskvada,
İstanbulda və bir çox digər yerlərdə törədilən terror aktlarında və
sui-qəsdlərdə ermənilərin birbaşa iştirakı öz təsdiqini tapıb. Heç
şübhəsiz ki, bu terror aktında da ermənilərin bilavasitə əli olması
istisna deyil. Bu fikri təsdiq edən faktlardan biri də Ermənistanın
israrlı cəhdlərinə baxmayaraq İsrail parlamentinin qondarma “erməni
soyqırımını” qəbul etməməsidir”, – deyə sabiq nazir müavini
vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp