Lavrov ABŞ-ın Qüdslə bağlı qərarın əsl səbəbini açıqladı
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
Qüdsün İsrailin paytaxtı kimi tanıması barədə ABŞ-ın
qərarı anti-İran meyllə bağlıdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən
xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı
Sergey Lavrov “Valday” diskusiya klubunda “Yaxın Şərqdə Rusiya:
bütün sahələrdə oyun” konfransında deyib.
“Biz onunla razı deyilik ki, regionda istənilən problemə İranla
mübarizənin prizmasından baxılsın. Bu, Suriyada, Yəməndə və hətta
Fələstin probleminin ətrafında müşahidə edilir. Qüdsün İsrailin
paytaxtı kimi tanınması qərarı xeyli dərəcədə anti-İran meyllə
bağlıdır” – Lavrov bildirb.
Onun sözlərinə görə, bu, regionda onsuz da acınacaqlı olan
vəziyyəti daha da kəskinləşdirə bilər.
Ömər Dağlı