Kontedən Messiyə “BƏD DUA”: “Ümid edirəm ki…”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Çelsi” komandasının baş məşqçisi Antonio Konte
Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək “Çelsi” –
“Barselona” qarşılaşması ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Konte mübarizənin
çətin olacağını bildirib:

“Artıq bir aydan çoxdur ki, bu qarşılaşmaya köklənmişik və
rəqibimizi analiz etmişik. Biz dünyanın ən yaxşı komandasından
söhbət edirik. Mükəmməl bir matç sərgiləmək və ən yaxşı qərarları
vermək lazımdır. “Barselona” topla fantastik oyun göstərir. Top
saxlamağı sevən komandadır. Çalışacağıq ki, topu özümüzdə
saxlamaqdan istifadə edək.

Messi “Çelsi”yə qarşı çıxdığı 8 oyunda qol vurmayıb. Ümid edirəm
ki, bu matçda da ənənəsini davam etdirəcək. Fantastik oyunçu
haqqında danışırıq. Onu yaxşı tanıyırıq. Yalnız Messini
dayandırmağa çalışsaq, bu təhlükəli ola bilər”, – Konte
bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsi
çərçivəsində keçiriləcək “Çelsi” – “Barselona” matçı fevralın
20-də, Bakı vaxtilə saat 23:45 başlayacaq.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp