İsrail və ABŞ-dan yeni sınaq



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Bazar ertəsi gecəsi İsrail “Hes-3” (“Ox-3”, “Arrow-3”)
kosmosda ballistik raketləri məhv edə bilən böyük hərəkət radiuslu
raket əleyhinə kompleksi sınaqdan keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir
ki, bu haqda ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir.

Sınaq İsrail Hərbi-hava Güclərinin rəhbərliyi altında “Israel
Aerospace Industries” konserninin mərkəzi bazasında keçirilib.
Kompleksin işə salınması ABŞ-ın nümayəndələrinin iştirakı ilə baş
turub. Həmçinin, Raket əleyhinə müdafiə üzrə Amerika Agentliyi
kompleksin hazırlanmasında iştirak edirdi.

Müdafiə Nazirliyinin məlumatlara görə, “Hes-3” kompleksi sınağın
gedişatında öz vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, ekspertlər gələcəkdə müharibələrdə kosmosda
üstünlüyün həlledici olacağını bildirirlər.

ABŞ Milli Kəşfiyyatının son hesabatına görə, Rusiya və Çin
ABŞ-ın hərbi və kommersiya peyklərini sıradan çıxarmaq üçün xüsusi
silahlar hazırlayır. Hesabatda deyilir ki, bu tip silahlar həmin
ölkələrin arsenalında yaxın illərdə peyda ola bilər.

ABŞ kəşfiyyatı Çin və Rusiyanın xüsusi peyk əleyhinə bölmələr də
yaratdığını bildirib. Bu peyklərin ABŞ-a qarşı gələcək konfliktlər
zamanı istifadə ediləcəyi vurğulanıb.

Ötən ilin noyabrında “Popular Mechanics” nəşrinə müsahibə verən
ABŞ-ın Hərbi Hava Qüvvələrinin kosmik komandanlığının rəhbəri,
general Con Reymond “kosmik müharibə”nin aparılması üsulundan
danışıb. Onun sözlərinə görə, Rusiya ən azı 1980-ci illərdən
antipeyk silahının tədqiqatı ilə məşğul olur.

Bundan başqa, Raymond Çinin bu sahədəki fəaliyyətindən
narahatlığını ifadə edib. Çinin hələ 2007-ci ildə antipeyk silahı
kimi nəzərdə tutulan ballistik raket sınaqlarını keçirdiyini
xatırladan amerikalı general ABŞ-ın əks addımlar olaraq kosmosda
hipotetik hücumdan müdafiə vasitələrini hazırladığını söyləyib.

O əlavə edib ki, 2030-cu ilə qədər ABŞ Hərbi Hava Qüvvələri
potensial təhlükələri aşkar etməyə və saxlamağa, həmçinin zəruri
olduqda rəqibin aparatlarını sıradan çıxarmağa imkan verən kosmik
donanmanı yaradacaq.

Qeyd edək ki, Çin 2014-cü ildə “Dong Neng 3” (“DN-3”) yeni
antipeyk raketinin sınağını keçirib. “Dong Neng 3” yüksək
orbitlərdə kosmik aparatların məhv edilməsi üçün nəzərdə tutulmuş
Çin antipeyk kompleksinin üçüncü nəslidir. Raketin ilk sınağı
2007-ci ildə olub. Çin ərazisindən buraxılmış raket köhnəlmiş Çin
peykini hissələrə bölüb.

Məlumata görə, Çində antipeyk silahının ən azından bir sistemi
var: “SC-19”. “SC-19” sistemi “KT-2” ballistik raketlərlə təmin
edilib. “KT-2”də partlayıcı maddə olmasa da, toqquşma yolu ilə
rəqibin peyklərini məhv edir.

Çin antipeyk silahı Amerika peyklərinin müxtəlif tiplərinə,
kəşfiyyat peyklərinə qarşı istifadə oluna bilər. ABŞ-ın bu peykləri
itirəcəyi halda Çin üzərində kəşfiyyat tapşırığını yerinə yetirmək
çətin olacaq. ABŞ qoşunları peyklərdən əhəmiyyətli dərəcədə
asılıdır. Çinin antipeyk silahı ABŞ-ı qorxudan beş silah növündən
biri hesab edilir.

“The National Interest” nəşri isə ötən il Rusiya
konstruktorlarının hərbi texnologiya sahəsində müvəffəqiyyətləri
haqqında xəbərlər seriyasını dərc edib. Xəbərlərdə yeni antipeyk
silahından da danışılır. Nəşr qeyd edir ki, Rusiya “Nudol”
orbitində peykin ələ keçirilməsi üzrə müvəffəqiyyətli raket
sınağını keçirib.

“Bu, yeni silahın ikinci sınağıdır. Raket kosmosda peykləri məhv
etməyə qadirdir”, – “The National Interest”in xəbərində
deyilirdi.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə müharibələrin kosmosa
keçəcəyi barədə hələ 2016-cı ildə xəbərdarlıq edib.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp