İsrail Qəzza zolağını atəşə tutub



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

İsrail aviasiyası tərəfindən Qəzza zolağı atəşə
tutulub.

Publika.az xəbər verir ki, İsrail ordusunun
mətbuat xidməti tərəfindən yayılan xəbərlərə görə, hava qüvvələri
Qəzza zolağında yerləşən HƏMAS mövqelərinə hava zərbələri
endirib.

Məlumatda bunun cavab atəşi olduğu qeyd olunub:

“İsrail müdafiə ordusu raket atəşinə cavab olaraq Qəzza
zolağının cənub hissəsində yerləşən yeraltı infrastruktura hava
zərbələri endirib”.

Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrailin ərazislərinə
iki raket buraxılıb.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp