İraq Azərbaycan vətəndaşlarını ömürlük HƏBS ETDİ
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
İraq məhkəməsi Türkiyə və Azərbaycanın on vətəndaşını
İŞİD-lə əməkdaşlıq etdiyinə görə ömürlük həbsə məhkum
edib.
Publika.az xarici mediaya istinadən xəbər verir
ki, bu haqda “Al Sumaria” telekanalı bildirib.
Türkiyənin bir vətəndaşı isə ölüm cəzasına məhkum olunub.
Daha əvvəl qərb KİV-i iddia edirdi ki, İraq hakimiyyəti İŞİD
döyüşçülərinin bir neçə yüz arvadını saxlayıb. Onların arasında
Avropa İttifaqı və Asiya ölkələri, həmçinin ABŞ və Rusiyanın
vətəndaşları var.
Ömər