İranın müdafiə naziri Azərbaycana səfərə gəlir
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
İranın müdafiə naziri Əmir Hatəmi Azərbaycana səfər
edəcək.
Trend-in İran Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata
görə, Ə.Hatəmi azərbaycanlı həmkarı Zakir Həsənovun dəvəti ilə
Bakıya səfər edəcək.
Səfər çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq, eləcə də
beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr ediləcək.