İnsanları izləyən kameralar hazırlanır



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Qanun pozuntularına yol verən cinayətkarların tez təsbit
edilməsi üçün “Nvidia” videokart istehsalçısı maraqlı layihəyə imza
atıb.

Publika.az xəbər verir ki, istehsalçı şirkət
“AnyVision” şirkəti ilə birlikdə əməkdaşlıq çərçivəsində “ağıllı”
videomüşahidə sistemi üzərində işə başlayıb. Mühəndislər iddia edir
ki, kameralar daim insanların sifətini skan edəcək.

Sistem insanların üzlərini skan etməklə yanaşı, təsviri analiz edən
yüzlərlə şəhər kamerasının mövcudluğunu nəzərdə tutan “Nvidia
Metropolis” layihəsi çərçivəsində hazırlanır. Alqoritmlər
hüquq-mühafizə orqanlarının məlumat bazasına əsaslanır. Burada
məqsəd nəticələrin 99 faiz dəqiq olmasına çalışmaqdır. Həmçinin
sistem itkin düşmüş insanları da tapa bilir.

Müşahidəçilər qeyd edir ki, texnologiya 1000-lərlə insan həyatını
xilas etsə də, digər tərəfdən də vətəndaşların təhlükəsizliyini,
anonimliyinə xələl gətirə bilər. “Nvidia” nümayəndələrinin
sözlərinə görə, hazırlanan sistemin tam qapalı olması səbəbindən
kameralar tərəfindən qeydə alınan bütün informasiya üçüncü
şəxslərdən mühafizə edir.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp