Hadisə göz YAŞLARI İÇİNDƏ: “Onlar adamlar asılsın”



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

“Qanunlar dəyişsin, edam geri gəlsin!”

Publika.az “Hurriyet”ə istinadən xəbər verir
ki, bu sözləri müğənni Gülşən, Hadisə və Fərhad Köçər deyib. Onlar
son dövrlərdə uşaq təcavüzlərinin artmasına etirazlarını bildirib.
Üç müğənni Ədliyyə Nazirliyinə müraciət edərək qanunların
dəyişdirilməsini və edamın geri qaytarılmasını tələb edib.

Göz yaşlarını saxlaya bilməyən Hadisə mətbuat nümayəndələrinə
verdiyi açıqlamada ölüm cəzasının geri gəlməsini istədiyini
deyib:

“Cənab Prezidentimiz, Baş nazirimiz və Ədalət nazirimizə
müraciət edirəm və xahiş edirəm ki, qanunlar dəyişsin. Kiçik
uşaqlara təcavüz edən adamlar yaşamasın. Çox səmimi deyirəm, edam
geri gəlsin. Biz sənətkarlar bu məsələdə birlik olmalıyıq. Biz bir
araya gəlib Prezidentimiz və Ədliyyə nazirimizin yanına getsək,
bəlkə nə isə dəyişər”.

Gülşən isə cəmiyyətdə hiddət yaradan hadisələr haqqında sərt
açıqlamalar verib: “Nəfəs almaq çox çətinləşib. Bunlara son
qoyulması üçün bir fərd olaraq, bir ana olaraq əlimdən nə gəlirsə,
etməyə hazıram”.

Uşaqlara təcavüz edən insanların edam edilməsini istəyən başqa
məşhur Fərhad Köçər olub:

“Bu canilikdir. 27 illik həkimlik təcrübəm var, həyatım
insanları yaşatmaq üzərində qurulub. Amma belə bir hadisə ilə
qarşılaşsam, and içirəm o adamı əllərimlə boğaram. Bu adamlar
asılsın, günahı da mənə yazılsın”.

Aytən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp