Gimnastlarımız beynəlxalq turnirdə qızıl medal qazandı



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Gimnastika növləri üzrə Azərbaycan yığma komandalarının
üzvləri bir sıra beynəlxalq yarışlarda iştirak
ediblər.

Publika.az Azərbaycan Gimnastika
Federasiyasının saytına istinadla xəbər verir ki, Belçikanın Purs
şəhərində akrobatika gimnastikası üzrə “Flanders International Acro
Cup” adlı beynəlxalq turnirdə 11-16 yaşlı gimnastlar arasında
mübarizə aparan Murad Rəfiyev-Daniel Abbasov cütlüyü uğurla çıxış
edərək qızıl medal qazanıb. Gənc akrobatlar temp hərəkətlərinə görə
finalda 26,800 xal toplayaraq bütün rəqiblərini geridə qoyublar.
İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq, 25,850 xalla
Portuqaliya və 23,800 xalla Böyük Britaniya təmsilçiləri
qərarlaşıblar. Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə
Seyidlidən ibarət qadın qrupumuz isə yeniyetmələrin final
yarışlarında 12-ci yerdə qərarlaşıb.

Belçikada keçirilmiş ilin ilk dünya kuboku yarışında mübarizə
aparan Seymur Cəfərov-Murad Əkbərov cütlüyü və Abdulla
Əl-Məşayxi-Ruhidil Qurbanlı qarışıq cütlüyü yarışların finalında
yeddinci yeri tutublar.

Moskvada isə bədii gimnastika üzrə Qran-Pri yarışlarına yekun
vurulub. Bu yarışlarda ölkəmizi bədii gimnastika üzrə yığma
komandanın üzvü Zöhrə Ağamirova təmsil edib. O, çoxnövçülük
yarışlarında hakimlərdən 53,000 xal toplayaraq 22-ci yerdə
qərarlaşıb.

Xatırladaq ki, Moskvada keçirilmiş və Yeniyetmələrin Yay
Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda təmsilçimiz Dərya
Farşbafşəhriyari Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq
lisenziya əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp