Fransada ata və qızı qar uçqununa düşərək öldü



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Fransanın şərqində yerləşən Savoyya departamentinin
dağlıq ərazisində baş verən qar uçqunu nəticəsində iki nəfər
həyatını itirib.

Publika.az xəbər verir ki, bu barədə yerli
polisə istinadən “Franc Press” məlumat yayıb.

Bildirilir ki, 43 yaşlı Paris sakini və onun 11 yaşlı yeniyetmə
qızı 7 xizəkçidən ibarət qrupun tərkibində qar uçqunu təhlükəsinin
yüksək olması səbəbindən bağlı olan Kobm dö Jean dağları
zonasındakı Val-d`İzer dağ kurortu yaxınlığında sürüşürlərmiş.

BFM telekanalının məlumatına görə, qar uçqunu 3 min metrdən çox
yüksəklikdə baş verib.

Xilasedicilər ata və qızının cəsədini 2 min 930 metr yüksəklikdə
tapıblar.

İnsan ölümü faktı ilə bağlı Albervil şəhər prokurorluğu
araşdırma aparır. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp