Düşmən atəşkəs rejimini 136 dəfə pozub



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 136 dəfə
pozub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə,
Ermənistanın Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və
adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax
rayonunun Kəmərli, Fərəhli, Qızılhacılı kəndlərində və adsız
yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi
kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun
Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli,
Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Kürdlər,
Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və
Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp