“Bu halda türk əsgərini kimsə dayandıra bilməz” – Ankaradan Əsədə SƏRT XƏBƏRDARLIQ
Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,
“Bəşər Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girərsə,
biiə kimsə dayandıra bilməz”.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər
verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu
deyib.
“Rejim qüvvələri YPG-ni təmizləmək üçün girərsə, bir problem
yoxdur. Əgər YPG-ni qorumaq üçün girərsə, o halda türk əsgərini
kimsə dayandıra bilməz. Bu, Afrin üçün də, Münbic üçün də, Fəratın
şərqi üçün də etibarlıdır”, – nazir bildirib.
Xatırladaq ki, Suriyanın dövlət televiziyası Suriyanın hökumət
güclərinin bir neçə saat içində Afrin bölgəsinə girəcəyi barədə
xəbər yayıb.
Bir neçə saat sonra Suriya-Türkiyə müharibəsi BAŞLANIR – Dövlət televiziyası BƏYAN ETDİ
Ömər Dağlı