Bir gecədə 3 qonşusunun evindən oğurluq etdi



Musteqil.az İnformasiya agentliyi, Publika.az-a istinadən xəbər verir ki,

Sabunçu qəsəbəsində bir gecədə üç qonşunun evindən
oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Publika.aza verilən məlumata görə, Sabunçu
qəsəbəsi şəhər Şosesi küçəsində yerləşən paytaxt sakini Xanoğlan
Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib. Bu barədə ev
sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat
verib. Şikayətçi fevralın 16-da evdə olmadığı müddətdə mənzilin
pəncərəsinin qırıldığını oradan 4 min manat dəyərində qızıl-zinət
əşyaları və 280 manat pul oğurlandığını bildirib.

12-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən
cinayəti törətməkdə şübhəli bilinən həmin qəsəbədə yaşayan Quba
rayon sakini Elmin İsayev tutulub. Saxlanılan şəxs ifadəsində
oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu və həmin evdə heç
kimin yaşamadığını bildiyi üçün oradan oğurluq etdiyini
bildirib.

E.İsayevin ətrafında əlavə olaraq həyata keçirilən
istintaq-əməliyyat tədbirləri zamanı onun digər cinayətlərinin də
üstü açılıb. Araşdırmalarla saxlanılan şəxsin eyni gündə Sabunçu
qəsəbəsində daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil
olduğu və həmin mənzillərdən 2500 manat dəyərində qızıl-zinət
əşyaları və 317 manat pul oğurladığı məlum olub.

Qeyd edilən faktlarla bağlı 12-ci Polis Bölməsində toplanan
materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin
İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp